Sentyabrın 9-dakı "seçki" şousundan sonra separatçıların daha da fəallaşması müşahidə edilməkdədir. Əli soydaşlarımızın qanına batmış psevdo general Arşavir Kərəmyan bu gün "Hraparak" da dərc olunmuş "Yenə deyirəm: başqa variant yoxdur" başlıqlı müraciətində Qarabağdakı hayları sıx birliyə çağıraraq, onları Azərbaycana inteqrasiyaya yox, yeri gələrsə hamılıqla döyüşüb həlak olmağa çağırıb və deyib ki, başqa variant ola bilməz.
N.Qaramanlı