07.06.2025, 23:40
AZ EN
13.06.2023, 12:40 410

Daşınmaz əmlak vergisi artacaq

XƏBƏRLƏR
  • Ermənistanın ədliyyə naziri Qriqor Minasyan qərara alıb ki, əmlak vergisinin artırılması üçün qanun lahiyəsi hazırlansın və bunun üçün iş getməkdədir. Nəzərdə tutulur ki, sahibi evini kirayə verirsə,ondan müəyyən məbləğdə gəlir vergisi tutulsun.

Bundan başqa nəzərdə tutulur ki, əlavə evi olan və həmin evdə yaşamayan vətəndaş da vergiyə cəlb olunmalıdır. Ədliyyə nazirliyində belə hesab edirlər ki, onda  sahibi vergi məbləğini qarşılamaq üçün həmin evi kirayə verməyə məcbur olacaqdır. Yəni evi boş saxlamaq onun üçün əlavə xərc tələb edəcəkdir ki, bu da heç də arzuolunan hal deyil.

O da qeyd olunur ki, sabiq iqtidarların vaxtında da mənzil haqqı və daşınmaz əmlaka görə vergi məsələsi dəfələrlə gündəmə gəlsə də bu və ya digər siyasi böhran olduğuna görə lazımi qanun qəbul edilməsinə imkan olmayıb.

Bu məsələrdən bəhs edən məqalənin müəllifi Susan Simonyan onu da bildirib ki, əlavə evi olanlar ədliyyə nazirinin gəlir vergisi ilə bağlı açıqlamalarına mənfi münasibət sərgiləməklə yaşamadıqları evlərinə görə vəsait ödəməyəcəklərini israrla vurğulayıblar.

Nəsib

Oxşar xəbərlər