21.11.2024, 21:58
AZ EN
18.12.2023, 17:22 277

Ermənistan ərazisində Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsini müzakirə etmir

XƏBƏRLƏR
  • İrəvan ölkə ərazisində Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsini müzakirə etmir.

Bu barədə Ermənistanın yüksək texnologiya, sənaye naziri Robert Xaçatryan parlamentdə jurnalistlərə bildirib.

Nazir bildirib ki, Ermənistan tərəfi danışıqlar zamanı Rusiya telekanallarının yayımlarında aşkar edilmiş iddia olunan pozuntularla bağlı fikirlərini çatdırıb. Rusiya tərəfi pozuntuları etiraf edib və lazımi tədbirlər görəcəyinə söz verib. Ermənistan tərəfi bununla kifayətlənib və pozuntuların təfərrüatlarına varmamaq qərarına gəlib:

“Bizə faktlar təqdim etmək lazım deyildi. Qanun pozuntularının olduğunu bildirdik. Rusiya tərəfinin bununla razılaşmasını kifayət hesab etdik və təfərrüatlara varmamağa üstünlük verdik”, - Xaçatryan bildirib.

Nazirin fikrincə, Rusiya tərəfi pozuntu faktını etiraf etdiyi və razılaşmaya əməl olunması üçün tədbirlər görəcəyinə vəd verdiyi halda, Ermənistanda Rusiya kanallarının yayımının qadağan edilməsini məsələnin qaldırılması düzgün olmazdı. (APA)

Oxşar xəbərlər