19.10.2024, 18:30
AZ EN
18.07.2024, 09:27 246

Armine Nikoldan qisas alır

XƏBƏRLƏR
  • Ermənistan mətbuatında ən çox reytinqi olan "Hraparak" media şirkətlər qrupunun rəhbəri Armine Ohanyan 44 günlük müharibədən sonrakı bütün köşə yazılarında vaxtilə eyni qəzetdə işlədiyi və isti münasibətdə baş nazir Nikol Paşinyanın ünvanına tənqidi fikirlər yazır. Armine həm də spiker Alen Simonyanın qaynanasıdır və həmkarları arasında müxalif qaynana ləqəbi ilə də tanınır.

O,"Hraparak"ın bu günkü yayımında da sabiq iş yoldaşı və redaktoru Nikol Paşinyanın xarakterini izah etməyə cəhd göstərib. "Layiqli ilə layiqsiniz fərqi" adlanan məqaləsində öncə ölkədəki sosial, hüquqi, ümumiyyətlə, hər bir sahədə ədalətsizlik, ayrı seçkilik olduğunu vurğulayıb və əlavə edib ki, əvvəllər belə mühit mövcud deyildi. Bütün bunlar layiqsizlərin layiq olmadıqları vəzifələrdə yerləşməsindən sonra baş verib. Onun sözlərindən aydın görünür ki, parlamentin sədri olan kürəkəni də layiq olmadığı vəzifəni tutub. Nikol Paşinyanın velosiped, futbol və "Tik tok" azarkeşliyinin 

şahidi olduğunu xatırladan baş redaktor əlavə edib ki, o siyasətdən kənar birisidir və hakimiyyətə pafoslu cümlələr ustası olması ilə gəlib. Cəmiyyətdə layiqsizlərlə yanaşı layiqlilərin də olduğunu vurğulayan Armine yazıb ki, hakimiyyətdəki layiqsizlər istefaya getməsə ölkənin müstəqilliyi itiriləcək və Hayastan rəsmən Qərbi Azərbaycan olacaq.

Təki belə olsun!

Nəsib Qaramanlı

Oxşar xəbərlər