09.06.2025, 13:09
AZ EN
18.02.2025, 16:15 208

Müxalifət kütləvi aksiyaya start verdi

XƏBƏRLƏR
  • "Hraparak" günortadan sonra xəbər verib ki, bir neçə müxalifət qurumu birləşdirən "Birlikdə" alternativ  ictimai-siyasi hərəkatın təşəbbüsü ilə fevralın 20-də İrıvandakı "Azadlıq" meydanında kütləvi mitinq keçiriləcək.

Xatırladılır ki, sözügedən hərəkatın təsisçiləri "Hayastan demokratik partiyası"nın sədri Aram Sarkisyan və "Azadlıq" partiyasının sədri, sabiq baş nazir Hrant Bağratyandır. Onlar aksiyanın keçirilməsində maraqlı qüvvələrin də olacağını açıqlayaraq bildiriblər ki, baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan və digər rəsmilər öz şəxsi mənafeləri naminə ölkəni bataqlığa doğru aparırlar. Sonra saxta hay tarixindən bir neçə nümunə göstərərək sözügedən aksiyada hər kəsin iştirakının vacibliyini və bunun milli önəm daşıdığını vurğulayıblar. Bundan da göründüyü kimi, tülkü haylar şimal ayısının daim  nəzarətindədir və onun barmaq işarəsi ilə hərəkət edirlər.

Nəsib

Oxşar xəbərlər