20.09.2024, 18:40
AZ EN
10.07.2024, 15:54 268

Sorğu: Ermənistanın KTMT-də qalmasını əhalinin yalnız 17 faizi istəyir

XƏBƏRLƏR
  • Ermənistan əhalisinin təxminən 17 faizi ölkənin KTMT-də qalmasını, 29 faizi isə NATO-ya üzv olmasını istəyir.

Bu barədə Beynəlxalq “Gallup” Assosiasiyasının Ermənistandakı rəsmi nümayəndəliyi məlumat yayıb.

“Ermənistan vətəndaşlarına ölkənin hansı təşkilata - KTMT-yə, yoxsa NATO-ya üzv olması ilə bağlı sual verilib. Respondentlərin 44,3 faizinin fikrincə, Ermənistan neytral ölkə olmalıdır. Bununla yanaşı, rəyi soruşulanların 16,9 faizi KTMT-yə, 29 faizi isə NATO-ya üzvlüyü dəstəkləyib. Fevral ayından bəri KTMT tərəfdarlarının sayı 10 faiz azalıb, ölkənin NATO-ya üzv olmasını istəyənlərin sayı isə 7 faiz artıb”, - deyə assosiasiyanın yerli nümayəndəsi Aram Navasardyan bildirib.

Həmçinin rəyi soruşulan vətəndaşların 56,7 faizi Ermənistanın Avropa İttifaqına daxil olmasının lehinə, 32,8 faizi isə əleyhinə çıxıb.

Eyni zamanda, sorğuda iştirak edən sakinlərin 80,3 faizi baş nazir Nikol Paşinyan və komandasının hazırda fəal şəkildə hazırlaşdığı konstitusiya dəyişikliyinin əleyhinədir. Onlardan yalnız 3,3 faizi ölkənin əsas qanunun dəyişdirilməsinə müsbət yanaşdığını ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər