20.09.2024, 01:55
AZ EN
19.03.2024, 13:14 297

Ermənistan iqtidarı yardım pulunu mənimsəyir

XƏBƏRLƏR

"Joğovurt" qəzeti bu günkü sayında yazıb ki, humanitar məqsədlə yaradılmış fondlara dövlət tərəfindən vəsaitin ayrılması müsbət olaydır. Amma hakimiyyətin "Mənim addımım" xeyriyyə fondunun mətbuata açıqlanmış hesabatında bunun belə olmadığı aydın görünür. Belə ki, 2022-ci ildə həmin fonda ayrılmış 277,5 milyon vəsaitin 147,5 milyonu, yəni yarıdan çoxu əməkhaqqı, ezamiyyət və digər məqsədlər üçün xərcləndiyi açıqlanıb. Qəzet daha sonra yazıb: "Müdrik düşünülmüş sxemadır. Hökumət resursu sayəsində xeyriyyəçilik adı ilə ayrılan vəsait "yersiz" mənimsənilir".

Qəzet bu ildə belə olacağı qənaətindədir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR