17.06.2025, 20:03
AZ EN
30.05.2025, 16:03 246

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

XƏBƏRLƏR
  • Ermənistan və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu gün İrəvanda Ermənistan və Britaniya arasında regional və beynəlxalq təhlükəsizlik, eləcə də müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu növbəti məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrin sonunda Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə siyasət direktoru Kristofer Key 2025-2026-cı illər üçün əməkdaşlıq proqramını imzalayıblar. (Report)

Oxşar xəbərlər