Məlumatı yayan "Hraparak"ın müxbiri Karen Martirosyan xatırladıb ki, bu hərəkata sabiq baş nazir Hrant Bağratyan, Demokratik (?) partiyanın sədri Aram Sarkisyan və b. öndərlik edir.
Digər partiyaların da həmin mitinqdə iştirakı gözlənilir.
Xatırladaq ki, sözügedən hərəkat son bir neçə ayda ana müxalifət iddiasındadır və bütün müxalifləri bu hərəkata qoşulmağa çağırır.
Göründüyü kimi, ermənilər reallığı qəbul etmək, qonşularla dinc yaşamaq istəmədiklərinə görə yenə istefa şousunu gündəmə gətiriblər.
N.Qaramanlı