"Hraparak" xəbər verir ki, Ermənistan hökumətinin bu günkü iclasında baş nazir Nikol Paşinyanın “dəqiq məlumatıma görə Azərbaycan ermənilərin Qarabağdan çıxışına icazə versə də, girişə mane olur” deməsi ermənilər arasında yeni hay-küyə səbəb olub. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə təcili olaraq Baydenə, Makrona, Blinkenə, Mişelə məktub göndərərək Azərbaycanın guya etnik ermənilərə fəlakət yaratdığını, soyqırıma məruz qoyduğunu və bunun indi də davam etdiyini bildirərək Laçın yolundan ermənilərin müstəqil gediş-gəlişinə nail olmalarına kömək etməyi xahiş edib.
Görünən odur ki, bu öncədən planlaşdırılıb və növbəti təxribata hesablanıb.
Nəsib