Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər elm və ali təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparıb.
Bildirilib ki, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Saziş ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin mübadiləsinin həyata keçirilməsi, elmi və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə layihələrin icrası da daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. (Report)