18.02.2026, 01:28
AZ EN
17.02.2026, 18:50 113

İctimai Birlik sədrinin müavini: Dövlətimiz ədaləti bərpa etməyin nümunəsini ortaya qoyub

XƏBƏRLƏR
  • 1988-ci ildən 2023-cü ilə qədər ölkəmizə qarşı xüsusi amansızlıq törətmiş terrorçuların bir qismi həbs olunaraq Bakıya gətirildi.

İctimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, müharibə iştirakçılarının, qazilərin, keçmiş məcburi köçkünlərin bilavasitə iştirakı ilə keçirilən məhkəmələrdə terrorçuların törətdikləri vəhşiliklər, cinayət işləri, eyni zamanda, onların Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın təbii resurslarının istismar olunması incələndi. Onların cinayət əməlləri sübut olundu və haqlarında mərhələli şəkildə hökmlər oxundu. Separatçılar faktlar qarşısında aciz qaldılar. Dünya ictimaiyyəti onların ölkəmizə qarşı bədnam niyyətlərini həyata keçirməkdə maraqlı olmasına şahidlik etdi. Bu, bir növ şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə və hüquqları erməni cəlladları tərəfindən pozulmuş digər həmyerlilərimizə qismən də olsa, mənəvi rahatlıq bəxş edən bir prosesdir.

Bunu müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev bildirib.

“Mən bir neçə dəfə həmin məhkəmə proseslərində iştirak etmişəm. Dövlət ittihamçısı onların fərqli vaxtlarda həyata keçirdikləri cinayətləri sadalayanda dəhşətə gəlirdim. Bir insan ömrünə sığmayacaq qədər vəhşiliklərin qısa müddətdə törədilməsi ağılasığmazdır. Təbii ki, cəzalandırılan şəxslər müxtəlif vaxtlarda cinayət əməllərini törədən qruplaşmanın bir hissəsidir. Hər bir Azərbaycan vətəndaşının arzusudur ki, əli xalqımızın qanına bulaşmış hər bir erməni cəlladı layiqli cəzasını alsın. Müharibə iştirakçısı kimi dövlətimizin apardığı siyasəti daim dəstəkləyirəm. Əminəm ki, cinayətkar dəstənin hər bir üzvü ədalət mühakiməsinə cəlb olunacaq və ən ağır şəkildə cəzalandırılacaq. Biz ədaləti bərpa etdik. Həm savaş meydanından qalib ayrıldıq, həm də dünyanın gözü qarşısında cəzasızlıq mühitini darmadağın etdik. Bununla da, dövlətimiz suveren hüququ çərçivəsində ədaləti bərpa etməyin özünəməxsus nümunəsini ortaya qoydu”, - deyə o diqqətə çatdırıb. (AZERTAC)

Oxşar xəbərlər