22.12.2024, 23:37
AZ EN
29.05.2024, 08:10 376

“Qubadlının dahi təbibləri” rubrikası davam edir

XƏBƏRLƏR
  • Quliyev Qulu Ocaqverdi oğlu 1930-cu ildə Qubadlı rayonunun Mollla Bürhan kəndində anadan olub.

Orta təhsilini Qubadlı rayonunda alıb. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsinə qəbul olub. 1953-cü ildə internaturanı bitirdikdən sonra Qubadlı Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyətə başlayıb. 1958-ci ildə həmin xəstəxanada baş həkim vəzifəsinə təyin olunub və  26 il bu vəzifədə çalışıb. Qulu Quliyev Zaporojye, Moskva, Kiyev kimi bir çox şəhərlərdə ixtisasla bağlı kurslarda iştirak edib. Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı və bir sıra orden və medallarla təltif olunub.

1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra isə Sumqayıt şəhərində 2 saylı xəstəxanada həkim-cərrah kimi fəaliyyətini davam etdirib. Qulu Quliyev 1999-cu ildə avqustun 27-də vəfat edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər