“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, qapalı tunel tipli müdafiə sisteminin inşa edilməsində məqsəd həmin istiqamətdə hərbi mövqelərin açıq hədəfə çevrilməsinin qarşısını almaqdır. Tunel sistemi hərbçilərin gizli şəkildə hərəkət etməsini təmin edəcək və mümkün eskalyasiya risklərinin qarşısının alınmasına imkan verəcək.
Layihə çərçivəsində bir-birilə əlaqələndirilmiş tunellərin yaradılması nəzərdə tutulur. Qazıntı işlərində xüsusi texnika və texnologiyalardan istifadə edilməsinə başlanıldığı bildirilir.
Ekspertlər bildirirlər ki, Ermənistanın bu təşəbbüsü bölgədəki hərbi balansı dəyişdirmək niyyətini əks etdirir. Sərhədlərin müəyyənləşmədiyi bir vaxtda Azərbaycan ordusunun mövqelərinə yaxın ərazilərdə belə hərəkətlər bölgədə gərginliyin artmasına səbəb ola bilər.
Elxan SALAHOV