07.02.2025, 14:06
AZ EN
07.02.2025, 11:23 136

"Ana Hayastan" Hayastanı çökdürmək əzmindədir

XƏBƏRLƏR
  • Hayların nəqliyyatda gediş haqqının 50 faiz artırılması ilə etiraz aksiyası davam edir. Digər müxalif partiyalar qiymət artımına qarşı yalnız "yumşaq bəyanat"la münasibət bildirsələr də İrəvan şəhər  bələdiyyəsinin sabiq sədri Marukyanın rəhbərlik etdiyi "Ana Ermənistan" partiyasının etiraz aksiyalarının davam etməsində israrlıdır.

Bu xəbəri paylaşan "Hraparak"ın müxbiri Karen Martirosyanın fikrincə sözügedən partiyaya lazımı dəstək verilərsə Ermənistan hakimiyyəti çökəcək.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistanda dəfələrlə kütləvi mitinqlər olsa da heç bir nəticəyə nail olunmayıb. Bu baxımdan sosial bazası çox zəif olan sözügedən partiyanın da heç nəyə nail ola bilməyəcəyi indidən bəllidir.

N.Qaramanlı

Oxşar xəbərlər