Bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan mətbuat konfransında deyib.
"İran və İsrail arasında gərginliyə gəlincə, müəyyən proseslər bizə mənfi təsir göstərə bilər. Lakin bizə müsbət təsir edə biləcək amillər də var. Çox şey bu eskalasiyanın dərəcəsindən və müddətindən asılıdır", - o bildirib.
Nazirin sözlərinə görə, İran-İsrail münaqişəsi təchizata təsir edə bilər, çünki Ermənistanın logistikasının bir hissəsi də İrandan təchizatla bağlıdır.
"Əlbəttə, İqtisadiyyat Nazirliyindəki tərəfdaşlarımız vəziyyətin logistik marşrutlara necə təsir edə biləcəyini araşdırırlar. Hadisələri izləmək lazımdır", - o bildirib. (Report)