17.02.2026, 19:07
AZ EN
17.02.2026, 17:18 65

Qurban Qurbanov: “Nyukasl”a qarşı cəsarətli oynamağa çalışacağıq

XƏBƏRLƏR
  • “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Nyukasl”la qarşılaşacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

O bildirib ki, bu, çox vacib oyundur: “Bu, Azərbaycan futbol tarixində bir ilkdir. Həm də “Nyukasl” kimi köklü kluba qarşı oynamaq. Futbolçularımın hazırlığına baxıram. Çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Bu, bizə inam verdi ki, futbolçular matçı səbirsizliklə gözləyir. Hamısı sabah ən yaxşı oyunlarını oynamağı düşünürlər. Rəqibi izləmişik. Bizə uyğun olmayan futbol tərzləri var. Premyer Liqada heç bir komanda onlara qarşı oynamaq istəmir. Azarkeşlərin önündə ağıllı, cəsarətli oyun oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Həm fiziki, həm də sürətli futbol oynayırlar. Futbolçularımız özlərini ən yaxşı tərəfdən göstərəcəklər”.

Qurban Qurbanov hazırlaşmağa vaxtlarının az olduğunu da vurğulayıb.

Qeyd edək ki, "Qarabağ"-"Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (APA)

Oxşar xəbərlər