20.04.2025, 06:08
AZ EN
13.04.2025, 10:04 116

Qəbələ - Xankəndi ultramarafonununun sonuncu mərhələsi start götürüb

XƏBƏRLƏR
  • Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsi start götürüb.

Ağdamdan başlayan yarış Xankəndidə yekunlaşacaq.

Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.

İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdama (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif ediliblər. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər. (Report)

Oxşar xəbərlər