18.02.2026, 01:45
AZ EN
17.02.2026, 22:25 105

Hüseyn Cavidi vaxtında oxumaq lazım idi – Vardanyanın gecikmiş qiraəti

XƏBƏRLƏR
  • Bir ömür müharibələrə qarşı əsərlər yazan Hüseyn Cavid və müharibə səbəbkarı olan, terrorizmi maliyyələşdirən, revanşizmə yatırım edən Ruben Vardanyan.

"Kor ərəbin" mahnısında "Ədalət, ah ədalət" deyən Hüseyn Cavidin adı ədalət məhkəməsində mühakimə olunan Ruben Vardanyanın dilindən səslənir...

O, əsrin məhkəməsində deyir ki, istintaq müddətində Azərbaycanın Cinayət Məcəlləsini, Füzulini və Cavidin əsərlərini oxumuşam.

Uzaq keçmiş deyildi, 10 noyabr razılaşmasından sonra, sular asta-asta durulmağa başlayanda Azərbaycanın radiolarından erməni dilində mülki əhaliyə elanlar verilirdi...

"Öz dillərində" yox, onların dilində danışsaydıq, gərək biz də Xocalıya Xocalı ilə cavab verəydik. Biz sadəcə onların danışıq dilində deyirdik, ermənicə:

"Bizim mülki əhali ilə işimiz yoxdur".

Azərbaycan ordusunun mülki əhali ilə işinin olmadığını dediyi zamanda Vardanyan Xankəndidə uzun illərdir əsalətini qoruyub saxlayan bir çinarın altında durub mülki əhalini müharibəyə səsləyirdi. Deyirdi, müharibə bitməyib.
Bəlkə də Vardanyan və onun kimilərin nağılları olmasaydı, Xankəndi, Xocalı, Əsgəran qan tökülmədən azadlığa qovuşacaqdı, antiterror tədbirlərinə də ehtiyac olmayacaqdı.

Təəssüf ki, Vardanyan həmin vaxtlar Hüseyn Cavidi oxumamışdı.

Ariflər təkcə nəsə eləyən insanlar deyil, həm də nəyi nə vaxt etməyi bilən insanlardır. Hüseyn Cavidi oxumalı vaxtı qoca çinarın altında durub sadə insanlara nağıl danışan Vardanyan həyatının ən böyük səhvindən sonra Füzulini, Hüseyn Cavidi oxuyur...

Oxumaq gözəldir.... Amma ondan da gözəli vaxtında oxumaqdır:

"İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis! (H.Cavid) (Trend)

Oxşar xəbərlər