20.09.2024, 05:10
AZ EN
24.07.2023, 09:36 268

Yerevandakı revanşistlər də separatçılara dəstək aksiyası keçirəcək

XƏBƏRLƏR
  • Ermənistan ictimaiyyəti növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini pozaraq Azərbaycana qarşı separatçılıq çağırışılarını açıq şəkildə dəstəklədiyini ortaya qoyur. Bu dəfə paytaxt İrəvana toplaşan revanşistlər Qarabağdakı separatçılara dəstək aksiyasına hazırlaşır.

“Vətən səsi” xəbər verir ki, bu gün səhər tezdən polis qüvvələri İrəvandakı Fransa meydanına bitişik əraziyə cəmləşməyə başlayıb.  Yerli “Hraparak” nəşrinin yaydığı məlumata görə, Ermənistanın “Biz Artsaxıq” təşəbbüsü Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yaşayan erməni separatçılarına dəstək olaraq bir sıra küçələri bağlamaqla itaətsizlik aksiyaları keçirəcək. Aksiyanın bu gün səhər saat 8:30-da bir neçə istiqamətdən başlanacağı barədə çağırışlar səsləndirilib.

Yayılan məlumatlarda o da deyilir ki, Qarabağdakı separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan aksiyaların İrəvanda və Xankəndinin mərkəzində keçiriləcəyini bəyan edib. O, özünün “Facebook” səhifəsində erməni revanşistlərini iyulun 25-də saat 20:00-da Xankəndinin “Dirçəliş” və İrəvanın Azadlıq meydanlarına toplaşmağa çağırıb. Hər iki şəhərdə təşkil edilən mitinqin eyni vaxtda başlayacağı bildilir.

Xatırladaq ki, itaətsizlik aksiyanın keçirilməsinə səbəb kimi guya, “Laçın yolu”nun bağlanmasından sonra Azərbaycanın özünün suveren ərazisində - Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni əhalinin humanitar problemlərlə üzləşməsi” göstərilir. Halbuki “Laçın yolu” beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə qanuni fəaliyyətini davam etdirir və humanitar məqəsdlər üçün açıqdır. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarında gizli yükdaşımalara da qanunsuz faktların üzə çıxması ilə əlaqədar “Laçın” nəzarət-buraxılış məntəqəsində gediş-gəliş müvəqqəti bağlansa da, qısa sonra Qarabağda yaşayan erməni xəstələrin tibbi xidmətlərdən yararlana bilməsi üçün onların İrəvana buraxılışı təmin edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR