21.11.2024, 22:18
AZ EN
08.09.2023, 19:40 249

Ermənistan səfiri Rusiya XİN-ə çağırılıb, ona etiraz notası verilib

XƏBƏRLƏR
  • Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, rəsmi İrəvanın qeyri-dost hərəkətləri fonunda ona etiraz notası təqdim edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib”, - Rusiya XİN-dən bildiriblər.

Nazirlikdən vurğulayıblar ki, son vaxtlar Ermənistan Respublikasının rəsmi dairələrində və siyasi elitasında KTMT çərçivəsində və Rusiya ilə müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğu, habelə Moskva, İrəvan və Bakı arasında 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yolları haqqında qəbul edilmiş üçtərəfli sazişlər toplusunun uyğun şəkildə həyata keçirilməsi ilə bağlı müəyyən şübhələr yaranıb.

“Bundan əlavə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhqiramiz bəyanatlarının qəbuledilməzliyini göstərən etiraz notası təqdim edilib”, - nazirlikdən əlavə edilib.

Rusiya XİN həmçinin Arutyunyana sentyabrın 7-də Ermənistanda bloger Mikael Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması ilə bağlı narahatlığını bildirib. (Report)

Oxşar xəbərlər