Yanvarın 30-da səhər Ermənistanın Azərbaycana yaxın N hərbi hissəsində erməni əsgər öz hərbçi yoldaşını güllələyib. Ölümcül yaralı olan sıravi dərhal hospitala aparılıb. "Lurer" xəbər portalı və müxalif 5-ci kanal TV bildirirlər ki, müdafiə nazirliyi olayın təsadüfən, silahla ehtiyatsız davranış nəticəsində baş verdiyini bildirsə də bu həqiqəti əks etdirmir. Hadisənin əsgər yoldaşı tərəfindən dəfələrlə incidilən və bununla bağlı etdiyi şikayətlərə baxılmayan sıravi A.N.-ın qisas məqsədi ilə törətdiyini və həqiqətin gizlədildiyini isə adını açıqlamaq istəmədikləri digər əsgərdən eşitdiklərini vurğulayan hər iki media orqanı onu da vurğulayır ki, orduda hərc-mərdlik davam edir, komandirlər isə öz şəxsi maraqları naminə buna göz yumurlar.
Xəbərdə o da bildirilir ki, cinayət törətmiş əsgər həbs edilərək birbaş nazirliyin baş qərargahına aparılmışdır.
Nəsib