Türkoloq deyib ki, Qurban bayramı ilə bağlı N.Paşinyan İraq, Suriya, Livan, BƏƏ və b. müsəlman ölkələrinin rəhbərlərinin deyil, məhz Türkiyənin dövlət başçısını, R.T.Ərdoğanın isə onu ermənilərin Bartavart bayramı münasibəti ilə təbrik etməsi iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasına hesablanmış addımdır.
O, daha sonra əlavə edib ki, tərəflər Türkiyə ilə Ermənistan arasında hərtərəfli əlaqələrin vacibliyini vurğulayıblar. Paşinyanın Belarus prezidenti A.Lukaşenkonu yeri düşdükcə tənqid etməsi məsələsinə də toxunan türkoloq bu prosesin hələ xeyli davam edəcəyi qənaətində olduğunu da diqqətə çatdırıb.
N.Qaramanlı