05.02.2025, 23:53
AZ EN
24.06.2024, 12:17 301

Keşişlər dəstək axtarışına çıxacaqlar

XƏBƏRLƏR
  • Hakimiyyət əleyhinə aksiyaların nəticəsiz qaldığını dərk edən erməni keşişləri analoqu olmayan vasitəyə əl atıblar.

"Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, paytaxtdakı tərəfdarlarının sayı getdikcə azaldığına görə çıxış yolunu kəndlərdə özlərinə tərəfdar toplamaq üçün səfərə çıxacaq keşişlərin bununla da heç nəyə nail ola bilməyəcəkləri indidən görünür. Müxbir bunun səbəbini paytaxt əhalisi ilə müqayisədə kəndlilərin siyasətdən xeyli uzaq olmasında görür. O, əlavə edib ki, yay mövsümü ilə bağlı indi bütün kəndlərdə qızğın iş gedir və kəndli paytaxta gəlib günəşin altında aksiya keçirən deyil.

Bağrat isə yeni pafoslu ifadələr işlətməklə kəndlərdəki təbliğatdan sonra baş nazirin istefasına nail olacaqlarını bildirsə də müxbir bunun reallığa uyğun gəlmədiyi qənaətində olduğunu vurğulayıb.

Görünən isə odur ki, suda boğulan saman çöpündən yapışdığı kimi hay keşiş də işi başından aşan kəndliyə ümid bəsləyir.

N.Qaramanlı

Oxşar xəbərlər