Bu barədə Ermənistan KİV-i məlumat verir.
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.
Mirzоyan vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.
Tərəflər, həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib. (Report)