20.09.2024, 13:32
AZ EN
15.04.2024, 13:39 267

Rəsmi İrəvan Britaniyadan qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı iddiaları cavablandırıb

XƏBƏRLƏR
  • Rəsmi İrəvan Böyük Britaniyanın “The Times” nəşrinin qanunsuz miqrantların Ermənistana göndərilməsi ilə bağlı xəbəri cavablandırıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret bir nəşrdə (“The Times”) qaldırılan məsələ ilə bağlı heç bir əsaslı və texniki danışıqlar aparılmayıb.

Xatırladaq ki, “The Times” daha əvvəl bildirib ki, Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Həmin ölkələr arasında Ermənistanın da adı çəkilib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR