O, yazır: "Ölkəmizdə faciəli durum hökm sürür. Hakimiyyətimizin qeyri-adekvat düşüncələri barədə müxtəlif sübutlar var. Amma onlar Nikol Paşinyanın Şuşa haqqında dedikləri ilə müqayisədə tam başqadır... Əgər bu deyirsə ki, nə fərqi var: ya azərbaycanlı məcburi köçkünlər qayıdıb Şuşada yaşaya idilər, ya da Şuşa Azərbaycanın nəzarətinə keçə.
O, həmin fikirləri dünən də milli məclisdə də təkrarladı".
Baş nazirin sözlərini mənasız və təkrarlanan nəticəsizlik adlandıran baş redaktor Laçın nəzarət-buraxılış məntəqəsi barədə də reallıqdan tam uzaq fikirlər səsləndirib. Bildirib ki, belə hakimiyyət olmasa idi, guya azərbaycanlılar Şuşanı xilas edə və oraya qayıda bilməzdilər.
Xatırladaq ki, hakimiyyəti, baş naziri ağılsız adlandıran bu yazarın qızının həyat yoldaşı Ermənistan parlamentinin sədridir və özü vaxtilə N.Paşinyanla eyni redaksiyada işləyib.
N.Qaramanlı