23.12.2024, 05:41
AZ EN
07.09.2023, 14:52 243

Ermənilər İran və ruslarla təlim keçirmək istəyirlər

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, Ermənistanın hökumət evinin qarşısında etiraz aksiyası keçirən vətəndaşlar hökumətdən təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirməyi tələb edirlər. "İradə" ictimai təşəbbüslər təşkilatının həmtəsisçisi Vahaqn Çaxalyan deyib: "Dəqiq məlumatımız var ki, Azərbaycan və Türkiyə çox yaxın zamanlarda Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlayacaqlar. Əsas nöqtələr Göyçə, Dərələyəz vilayətləri və İstisu (Cermuk) şəhəridir.

Biz hakimiyyətimizə təklif edirik ki, Cermukun yaxınlığında təxirə salınmadan  erməni-rus-İran hərbi manevrləri keçirilsin. Biz Ermənistanın baş naziri Nikol Paşinyana bu tələblərimiz əks olunan məktubu gətirmişik. Putinə çatdırılması üçün Rusiya səfirliyinə, İran prezidenti üçün isə müvafiq səfirliyə də məktub aparacağıq".

Aksiyanın bir neçə gün davam edəcəyi bildirilib.

N.Qaramanlı

Oxşar xəbərlər