08.06.2025, 00:22
AZ EN
14.10.2023, 13:25 307

Ermənistan prezidenti Roma statutunun ratifikasiyası haqqında qanun imzalayıb

XƏBƏRLƏR
  • Ermənistan prezidenti Vaaqn Xaçaturyan Roma statutunun ratifikasiyası haqqında qanun imzalayıb.

Bu barədə Ermənistan prezidentinin veb saytında məlumat paylaşılıb.

Xatırladaq ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Tribunalı) Roma statutunu ratifikasiya edib.

Qeyd edək ki, Roma Statutunun qəbul edilməsi ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası İrəvan üçün məcburi olub.

Belə ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir. (Trend)

Oxşar xəbərlər