15.09.2025, 06:41
AZ EN
19.08.2025, 19:40 127

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bəyan edib ki, Vaşinqtonda keçirilən görüşdən sonra Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub. Onun sözlərinə görə, suverenlik və ərazi bütövlüyü əsasında qarşılıqlı öhdəliklər təsbit edilib, həmçinin Azərbaycanın Naxçıvanla Ermənistan ərazisindən maneəsiz əlaqəsi təmin olunub.

O bildirib ki, Azərbaycan Prezidenti ilə birgə keçmiş münaqişə səhifəsini bağlamaq və BMT Nizamnaməsi, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsinin ruhuna uyğun olaraq mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək barədə qərar qəbul edilib.

"Biz revanş cəhdlərinin hamısını rədd etdik. 8 avqustdan etibarən biz yeni reallıqda yaşayırıq – bu, yeni Cənubi Qafqaz və yeni Ermənistan Respublikasındır", – deyə Paşinyan vurğulayıb.

O, bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rol oynadığını qeyd edib və İlham Əliyevlə birlikdə onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif edib.

Baş nazirin sözlərinə görə, Qarabağ məsələsi Ermənistana təzyiq vasitəsi kimi istifadə olunub. O, bir daha bəyan edib ki, ermənilərin Qarabağa qayıdışı qeyri-realdır və bu, sülh üçün təhlükəlidir; onların inteqrasiyası Ermənistanın özündə baş verməlidir.

Paşinyan əlavə edib ki, danışıqlar nəticəsində Azərbaycanda həbs olunan 50-dən çox erməni geri qaytarılıb, lakin bu məsələdə diplomatik səylər davam etdirilməlidir.

Yeni sülh məntiqi ondan ibarətdir ki, əgər biz deyiriksə ki, Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri var, onda eyni zamanda qeyd etməliyik ki, Ermənistanın nəzarətində olan Azərbaycanın suveren əraziləri də mövcuddur və bu qarşılıqlı məsələ delimitasiya prosesi çərçivəsində həll olunmalıdır.
 

Oxşar xəbərlər