22.11.2024, 07:02
AZ EN
25.04.2024, 10:37 287

Hayların ağlaşması davam edir

XƏBƏRLƏR
  • Hər il aprelin 24-də qondarma "soyqırımı" ilə bağlı düzəltdikləri "abidə"nin yanınan keçərək xüsusilə qardaş Türkiyəyə qarşı təxribatçı fikirlər səsləndirən haylar dünən də bu qeyri-insani hərəkətlərini davam etdiriblər.

"Hraparak"ın yazdığına görə bununla kifayətlənməyən və Qazaxın kəndləri ilə bağlı olaylardan narazı qalan hay gəncləri gecə İrəvanın mərkəzi küçələrində yürüş keçiriblər. Müxalifətin təşkil etdiyi həmin aksiyada həm də Qarabağdan könüllü köçən haylar barədə şüarlar səsləndirilib. Agentlik onu da bildirib ki, sözügedən yürüşdə guya 70 min adam iştirak edib, amma hakimiyyətin istefasına nail olmaq üçün bu yetərli deyil. Mənbə "amma sıravi vətəndaşları günahlandırmaq olmaz. Bir tərəfdə hakimiyyətin apardığı siyasət, digər tərəfdən isə müxalifətin passivliyi və cəmiyyəti dəyişmək üçün heç bir iş görməməsi onlarda inamsızlıq yaradıb", - deyə sonda bildirib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR