14.03.2025, 22:13
AZ EN
24.12.2024, 10:51 276

Edik baş nazirə meydan oxuyur

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın FB-dəki dünənki paylaşımı ilə bağlı bu gün də münasibət açıqlayıb.

O, "Nikol, məğlub olanla danışıq aparılmır" başlıqlı yazısında yazıb ki, fransız Deden De Qolla, müharibə zamanı öz diviziyası ilə birlikdə faşistlər tərəfə keçmiş rus generalı Vlasov marşal Jukovla hansı danışıqlar apara bilərdi. Əlbəttə, bu mümkün ola bilməzdi deyə o, Nikol Paşinyanın məğlub tərəf kimi qarşı tərəflə heç bir danışıq aparmaq iqtidarında olmadığını vurğulayan E.Şarmazanov əlavə edib ki, vaxtilə "arsax hayastandır və nöqtə" deyən nikol indi Azərbaycanın qarşısında boynu buruq dayanır.

Etnik mənsubiyyət baxımından yunan olan Eduard haylaşdığına görə qürur duyduğunu da bildirərək haylara xas həyasızlıqla əlavə edib ki, N.Paşinyana qədər dövlət başçıları  L.Ter-Petrosyan, R.Koçaryan, S.Sarkisyan  sahəsi 40 min kv.km "iki hay respublikası yaratdılar". Nikolun sayəsində bu rəqəmin 29-a endiyini deyən, hay-küylə gündəmdə qalmağa çalışan bu sabiq deputatın baş naziri  hələ 2021-ci ildən  kaputulyant bir yana, həm də cəsus adlandırması isə hələ də cavabsız qalmaqdadır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR