11.09.2025, 22:12
AZ EN
20.08.2025, 12:24 239

Ermənistan Livandakı səfirini geri çağırıb

XƏBƏRLƏR
  • Ermənistanın Livandakı səfiri Vaaan Atabekyan geri çağırılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaan Xaçatryan, baş nazirin təqdimatı ilə imzalayıb.

Vaaan Atabekyan 2018-ci ilin noyabr ayından bu vəzifəni icra edib.

Qeyd edək ki, Ermənistan və Livan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, 1994-cü ildən isə Beyrutda Ermənistan səfirliyi fəaliyyət göstərir. (APA)

Oxşar xəbərlər