"Sputnik Armenia" xəbər verir ki, paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.
Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.
“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil. (APA)