23.11.2024, 00:48
AZ EN
03.10.2023, 13:11 260

Ermənistan parlamentində kəskin mübahisə gedir

XƏBƏRLƏR

Ötən cümə axşamı Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasında Roma statusunun ratifikasiya olunub-olunmaması məsələsi müzakirə edilərək müvafiq qərarın qəbulunun parlamentin səlahiyyətində olduğu bildirilmişdi. Bu gün isə sözügedən məsələyə münasibət bildirilir və bu kəskin mübahisələrlə müşayiət olunur. Müxalif deputat Arcvik Minasyan hakim partiyanı kapitulyant adlandırmasından sonra hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Vahaqn Aleksanyan kürsüyə qalxaraq sabiq iqtidarların kapitulyant olduğunu bildirib və deyib: "Dünyada əsil kapitulyant sizsiniz, amma hec vaxt etiraf etməyə kişiliyiniz çatmayıb."

Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, iclas çox gərgin keçir və Roma statusunun ratifikasiya olunması Ermənistanın Rusiya tərəfindən daha sərt  cəzalandırılacağına əsas verəcək.

Nəsib

Oxşar xəbərlər