Bu barədə erməni KİV xəbər verir.
Qeyd olunub ki, Sarkisyan təqribən yarım milyard dram (1 milyon ABŞ dollarından çox) vəsaitin oğurlanmasının təşkilində ittiiham olunur.
Cinayət işi üzrə Sarkisyanla yanaşı, Ermənistanın keçmiş kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyana və sahibkar Barseq Beqlaryana qarşı da ittiham irəli sürülüb.
İttiham aktına əsasən, Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan 2013-cü il 25 yanvar - 7 fevral tarixləri ərzində dövlət dəstəyi proqramı çərçivəsində 15 milyon litrdən çox dizel yanacağının satın alınması üçün 500 milyon drama yaxın vəsait sərf edib.
İstintaq vəsaitin xərclənməsinin Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tərəfindən sahibkar Barseq Beqlaryan və keçmiş kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyanın, eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik İdarəsinin rəisi Gevork Arutyunyanın əlbirliyi ilə təşkil olunduğunu müəyyən edib. (Trend)