08.06.2025, 23:49
AZ EN
01.03.2024, 10:46 286

Ermənistan sərsəm bəyanatlar verməməlidir

XƏBƏRLƏR
  • "Erməni milli konqresi" partiyasının sədr müavini Aram Manukyan "Hraparak"ın müxbiri Koryun Simonyana verdiyi müsahibədə belə qənaətə gəldiyini bildirib və Ermənistanın siyasi qüvvələrini Rusiyaya diş qıcamamağa çağırıb.

O, deyib ki, Nikol Paşinyan son vaxtlar Rusiyanın əleyhinə bəyanatlar verməklə gündəmi zəbt edib. Baş nazir özü də fərqinə varmadan istəyir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxsın. Bəs ölkə hara gedəcək? Qərbəmi daxil olacaq? Baş nazirin siyasəti layihəsində Hindistan, Fransa və Qərblə əlaqələrin inkişafına böyük önəm verilir. "Amma onların heç biri 30 il ərzində tərkibində olduğumuz  KTMT-nı əvəz edə bilməz", - deyə A.Manukyan əlavə edib ki, Ermənistan indi NATO və KTMT adlı iki qaya arasındadır. Ölkədə antirus çıxışların çoxaldığını və ruslara diş qıcandığını diqqətə çatdıran partiya funksioneri vurğulayıb ki, ölkə 25 il ərzində arxayın yaşayıb, çox nüanslara diqqət yetirməyib və bunun nəticəsində itki də çox olub. Ona görə də kimlərəsə arxayınlaşıb sərsəm bəyanatlar verməkdənsə reallığa uyğun siyasət yeridilməlidir.

Xatırladaq ki, Aram Manukyan 1988-ci ilin fevralında yaradılan "Qarabağ" komitəsinin rəhbərliyində olub və Levon Ter-Petrosyanın prezidentliyi dövründə yüksək vəzifədə olub.

Nəsib Qaramanlı

Oxşar xəbərlər