22.02.2025, 18:14
AZ EN
23.07.2024, 14:46 318

Polisləri döyənlər həbs ediliblər

XƏBƏRLƏR
  • Ermənistanda polis-vətəndaş münasibətlərində gərginlik davam etməkdədir.

"Hraparak" xatırladıb ki, iyulun 18-də gecə saat 10-da Kotayk (Dərəçiçək- N.Q.) vilayətinin Mayakovski kəndi ilə Çoraxbuyr (Qurubulaq- N.Q.) arasında 30-dan çox adam xuliqanlıq hərəkətləri edərkən polislər onları intizama dəvət edib. Amma onlar polislərə hücum çəkərək onları döyməyə başlayıblar. Olay yerinə əlavə polis qüvvəsi gələrək asayişi təmin edə biliblər.

İstintaq-əməliyyat aparılan zaman öncə 6, daha sonra isə 1 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq komitəsindən bildirilib ki, daha bir neçə nəfərin həbsi gözlənilir. İqtidar jurnalistlərinin ehtimalına görə polisləri döyənlər keşiş Bağratın tərəfdarlarıdırlar.

N.Qaramanlı

Oxşar xəbərlər