"Lurer.com" "Hraparak" telekanalına istinadən xəbər verir ki, İrəvanın bələdiyyə sədrinin göstərişi ilə şəhərin mərkəzi hissəsində reydlər başlayıb. Məqsəd isə küçə ticarətini ləğv etməkdir. Bununla bağlı narazılıqlar da başlayıb. Albery adlı erməni deyib ki, iki oğlu var, ikisi də Göyçədə sərhəddə keşik çəkir. Ailəsini məhz balıq satmaqla dolandırır. Polislər səhər tezdən balıqları müsadirə ediblər. O, ölkədə əsil özbaşınalıq hökm sürdüyünü bildirərək əlavə edib ki, bütün iri marketlər ayrı-ayrı oliqarxlara məxsusdur və kasıb əhali oradan yox, küçələrdə ucuz satılan ərzaq mallarını almağa məcbur olurlar. O sonra daha da qəzəblənərək jurnalistdən xahiş edib ki, Nikol Paşinyana nifrət dolu müraciət ünvanladıqları hissəni kəlməsinlər.Əksinə desinlər ki, hakimiyyətdə olanlar siyasi möhtəkirdirlər və gündəlik çörək pulu qazanmaq üçün bəzən küçələrdə gecələyən vətəndaşlara qarşı terror aktları həyata keçirirlər.
N.Qaramanlı