Martın 30-da baş tutan seçkidə də seçicilərin iradəsini sərbəst şəkildə bildirməsinə müxtəlif vasitələrlə mane olunması barədə müxtəlif faktlar olduğunu və həmin faktları istintaq Komitəsinə təqdim edəcəyini vurğulayan Qohar Meloyan polisin seçkiyə müdaxilə etdiyini isbatlayan videoçarxlar da olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə hakim partiyanın namizədinin xeyrinə xeyli sayda saxta bülleten atılsa da nəzərdə tutulan nəticə alınmayıb və o, yalnız 37 faiz səs qazanıb ki, bu da sədr olmaq üçün kifayət deyil.
Gümrüdə baş nazir Nikol Paşinyanın və onun həyat yoldaşı Anna Hakopyanın xüsusi marağı olduğunu xatırladan Qohar Meloyan sonda vurğulayıb ki, əgər nəticə ləğv olunmasa ölkədə yeni etiraz aksiyası qaçılmaz deyil.
N.Qaramanlı