Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə deyib.
Məlumata görə, hazırda Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Kanadanın Ermənistana müşahidəçi göndərmək istədiyini bildirib və qeyd edib ki, Kanada Avropa İttifaqına üzv olmayan dövlətlər arasında bu cür təkliflə çıxış edən ilk ölkə olacaq.
Ovannisyan Kanada müşahidəçilərinin 2 nəfərdən ibarət olacağını və Aİ-nin Ermənistan ərazisində yerləşdirdiyi mülki missiyasının tərkibində yer alacağını bildirib.
Qeyd edək ki, Aİ-nin Ermənistandakı 100 nəfərdən ibarət yeni missiyası fevralın 20-də iki illik mandatla yerləşdirilib. (Trend)