17.07.2025, 22:29
AZ EN
06.01.2025, 14:17 309

Jurnalist baş naziri "tupoy" adlandırıb

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Edik Andreasyan "Qəhrəmanlıq ayran deyil...." başlıqlı yazısında baş nazir Nikol Paşinyanın 2024-cü ildəki çıxışlarında dediyi cümlələrdəki forma və məzmuna aydınlıq gətirməyə cəhd edib.

O, yazısını - "2025-ci ildən 5 gün keçib. Amma baş nazir Nikol Paşinyan hələ də heç bir normal fikir bildirməyib ki, adam kimi başa düşülsün, təhlil edilsin, nəticə çıxarılsın",- sözləri ilə başlayıb və əlavə edib ki, Nikol Paşinyan ötən il nümunə üçün bir dənə də olsun məntiqli, məzmunlu cümlə işlətməyib. "Danışdıqları yalnız pafoslu sözlərdən, uydurmalardan ibarət olub" - deyən jurnalist vurğulayıb ki, bu "tupoy" öz sözləri və əməlləri ilə  qəhrəman sözünün mənasını da gözdən salıb.

Sonda əlavə edib ki, 44 günlük müharibədə bacarıqsızlıq, qorxaqlıq göstərən Tiran Xaçatryana "milli qəhrəman" adı verən baş nazir indi deyir ki, məğlubiyyətin səbəbkarı məhz odur. Halbuki, "o, özü yalançı, qorxaq məxluqdur", - deyə jurnalist baş naziri istefaya çağırıb.

N.Qaramanlı

Oxşar xəbərlər