19.10.2024, 07:44
AZ EN
09.06.2023, 12:59 292

Qayane vəkildən imtina edib

XƏBƏRLƏR
  • Erməni mətbuatı xəbər verir ki, bu gün baş nazir Nikol Paşinyanın oğlu Aşotu oğurlamağa cəhdlə bağlı 1,5 ay müddətinə azadlıqdan məhrum edilən ikinci Qarabağ müharibəsində öldürülən əsgərin anası Qayane Hakopyanın yenə məhkəməsi başlayıb. Məhkəməyə Aşot da ifadə verib və bildirib ki, ölən əsgərin anası Qayaneyə hörmət və ehtiramı olsa da qanunun aliliyini hər şeydən üstün tutduğuna görə güzəştə getmək fikrində deyil.

Müttəhim Qayane Hakopyan isə "heç bir vəkil məni xilas edə bilməz", - deyə vəkildən imtina edib.

O, məhkəmə gedən binanın həyətində az adamın toplanmasına münasibət də bildirib və deyib ki, Aşot atası kimi mövqeyini tez-tez dəyişən olduğu kimi tərəfdarları da onlara oxşamağa başlayıb.

N.Qaramanlı

Oxşar xəbərlər