O, 44 günlük müharibədən sonra da demokratiyanın qorunması üçün növbədənkənar seçki keçirilməsindən, Laçındakı nəzarət-buraxılış məntəqəsi, Qarabağdakı ermənilərin guya humanitar fəlakətlə üzləşməsindən və s. danışaraq, nəhayət, etiraf etmişdir ki, inteqrasiya üçün Bakı ilə Qarabağdakı ermənilərin nümayəndələri arasında danışıqlar mümkündür və bunun üçün beynəlxalq mexanizmlərə ehtiyac var.
O sonda əmin olduğunu bildirib ki, Avropa Şurası Güney Qafqazda davamlı sülhün və demokratiyanın təntənəsi üçün lazımi köməklik göstərəcəkdir.
Təki belə olsun.
N.Qaramanlı