27.07.2024, 14:13
AZ EN
14.09.2023, 19:05 187

Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" pley-offa vəsiqə qazanıb

XƏBƏRLƏR
  • “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü matçına çıxıb.

Rəqib Çexiya “Veşka Olomuç”u olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, qrup mərhələsini 2-ci pillədə başa vuran "Zəngəzur" pley-offa vəsiqə qazanıb. Təmsilçimiz orada digər qrupda birinci yeri tutacaq komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, “Zəngəzur” qrupun ilk iki turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib, Yunanıstan klubu TMT ilə 3:3 hesablı heç-heçə edib. (Report)

Oxşar xəbərlər