21.07.2025, 00:08
AZ EN
17.07.2025, 11:49 239

Millimiz Avropa çempionatını 13 medalla başa vurdu

XƏBƏRLƏR
  • Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.

+80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından Məmmədzadə gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan yığması Avropa birinciliyini bir qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Boksçulardan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Günel QULİYEVA

Oxşar xəbərlər