22.11.2024, 02:35
AZ EN
10.01.2023, 15:57 361

Gərnibasar mahalı, Ərdəşər kəndi

QƏRBİ AZƏRBAYCAN

Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli qəsəbəsindən 7 km Şimal-şərqdə, Gərni çayının sol tərəfində olan Ərdəşər kəndində 1828-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. 1828-1829-cu ildə kəndə İrandan xeyli erməni köçürülmüş, XIX əsrin ortalarında buraya müsəlman kürdləri də yerləşdirilmişdir. 1590-cı il «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Gərni nahiyyəsinin Ərdəşir kəndi, 1728-ci ildə «İrəvan əyalətinin icmal dəftəri»ndə həmin nahiyyənin Ərdəşər kəndi, 1832-ci ildə isə İ.Şopendə Artaşat kəndi kimi qeydə alınmışdır. Mənbələrdən məlum olur ki, 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin hərbi-topoqrafik xəritəsində kəndin adı Ərdəşər kimi yazılmışdır. 1945-ci il sentyabrın 4-də Qəmərli qəsəbəsinin adı dəyişdirilərək Artaşat olmuşdur.1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı kənd dağıdılmış, bütün türk-müsəlman sakinləri buranı tərk etmişdilər. Ərdəşər kəndinin 10 verst aralıda 1000 desyatin ərazini əhatə edən şutur-ağıl adlı qışlaq yeri də olmuşdur.

Ərdəşər oykonimi ilə bağlı Qərbi Azərbaycan ərazisində Ardaşar, Artaşir, Ardeşir, Ərdəşir, Ərdəş variantlarında kəndlər olmuşdur.

Görkəmli alim, Millət vəkili Əziz Ələkbərli qeyd edir ki, Sasanilər sülaləsinin banisi birinci Ərdəşirin adı ilə bağlıdır. Həmçinin o, əlavə edir ki, Artaşat oykonimi e.ə. II yüzildə Arman ölkəsinin midiyalı türk hökmdarı birinci Artaşın adı ilə adlandırılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR