Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva jurnalsitlərə açıqlamasında deyib.
O qeyd edib ki, Kəlbəcər şəhərinin birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq:
"Burada 2, 3, 4 otaqlı mənziillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. 4-cü yaşayış kompleksi şəhərdəki ən böyük yaşayış məhəllələrindən biri olacaq". (Report)