22.11.2024, 00:40
AZ EN
20.10.2022, 09:10 667

Zəngilan aeroportu bölgənin inkişafına böyük töhfə verəcək

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunan Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanı açılır. Texniki cəhətdən  tam komplektləşdirilmiş aeropot tələb olunan bütün arenoviqasiya avadanlıqları ilə təmin olunub. Uçuş enmə zolağının uzunluğu və eni müvafiq olaraq 300 metr və 60 metr olan hava limanın peronunun sahəsi 60 min kvadrat metrdir. Obyekt beynəlxalq standart olan İKAO-nun bütün tələblərinə əsasən  uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və noviqasiya sistemləri, işıq-texnika sistemləri, birincili və ikincili müşahidə radiolakandstansiyası ilə tam təchiz edilib.  Artıq Azərbaycan Hava Yollarının ən böyük sərnişin təyyarəsi hava limanına uğurlu  texniki eniş həyata keçirib. Bakı-Zəngilan marşrutu üzrə uçuş  müddəti təqribən 45 dəqiqə təşkil edib. Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına  beynəlxalq status  verilməsi barədə sərəncam imzalayıb.

İqtisadçı Xalid Kərimlinin bu hava limanı ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik:

-Zəngilanın strateji mövqeyini Ermənistan, İran, Naxçıvan və Türkiyəyə gedən yolun üzərində əhəmiyyətli mövqeyini nəzərə alaraq bu rayonda tikilən Hava Limanının əsas  məqsədi gələcəkdə fomalaşacaq nəqliyyat-lagistika habının şəbəkəsinin bir elementi kimi formalaşdırmaqdır. Ölkəmiz Zəngilanı nəqliyyat-lagistika habına çevirmək istəyir və bu da  şərq-qərb, şimal-cənub  nəqliyyat dəhlizlərinin  son dövrlərdə,  xüsusi aktuallaşması və reallaşması nəticəsində həyata keçirilir. Bu anlamda Zəngilan  aeroportu gələcəkdə  ölkənin nəqliyyat-lagistika  imkanlarının genişləndirilməsinə  töhfə verəcək.

Zəngilan Hava Limanın Zəngəzur dəhlizi ilə əlaqələndəriləcəyini nəzərə alsaq, bu istiqamətdə yükdaşımalarına ciddi şərait yaratmış olacaq. İlk olaraq Azərbaycanın Naxçıvan istiqamətində  yükdaşınma xərcləri azalacaq, vaxt itkisi də aradan qalxacaq. Artıq üçüncü ölkə ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.  Naxçıvanla bərabər, Türkiyəyə də yükdaşımaları asanlaşmış olacaq. Azad edilən ərazilərdə inşa olunan sayca üçüncü hava limanı isə Laçındadır. Uçuş enmə zolağının uzunluğu 3000 metr, eni 60 metir, peron sahəsi 50 min kvadrat metr olacaq. Aeropoet terminalının sahəsi 5 min kvadrat metrdir. Burda saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aerportu olacaq. Laçın hava liçanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.  Təməli 2021-ci ildə qoyulan Laçın  beynəlxalq hava limanının tikintisinin 2024-cü ildə  tamamlanması palanlaşdırılır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometrlik məsafədə yerləşir.

Laçın aeroportu təhlükəsizlik aspektində ön plana çıxır. Laçının Qarabağ və Ermənistan sərhədində strateji önəmini nəzərə alaraq  dövlətimiz burada hava limanı tikilməklə həm suverenliyini, həm  də hava təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi hədəflər qoyub və eyni zamanda da bu aeroportdan gələcəkdə sivil məqsədlərlə, logistik məqsədlərlə də istifadə olunacaq. Bu isə ümumilikdə bölgənin  sosial-iqtisadi inkişafına  böyük təkən verəcək, eyni zamanda turizm  potensialının artırılmasına səbəb olacaq. İşğaldan azad  edilmiş ərazilərin  sənaye potensialını nəzərə alsaq,  hava limanları həmin ərazilərdə istehsal olunacaq  sənaye məhsullarının dünya  bazarına sürətli çıxışına imkan verəcək,  bu da öz növbəsində  bütövlükdə regionun ixrac  imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında  yaşayışın və məşğulluğun  təmin edilməsi ölkəmizin qarşısında duran 5 böyük  prioritetdən biridir.  Son illər dövlət büdcəsindən əsas investisiyalar da məhz bu məqsədin reasllaşdırılmasına yönəldilib. Hökumətin əsas məqsədi qarşıdakı  10 il ərzində bu  əhrazilərdə həyatın canlandırıllmasıdır. Yeni tikilən  hava limanları da məhz bu məqsədə xidmət edir .

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər