Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə çaylara ümumilikdə 200 min çəkikimi balıq körpəsi buraxılıb.
Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətlidir və belə aksiyalar gələcəkdə də davam edəcək. (AZƏRTAC)